fbpx

Ermənistanla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və AŞ-a müraciət edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Müraciətdə deyilir:

“Araz və Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma davam etdirilir.

Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçuçayın intensiv şəkildə çirkləndirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan tikilməsi, bu zaman ətraf mühitin mühafizəsi normalarının pozulması əlavə tədbirlərin görülməsini zəruri edib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət ünvanlanıb.

Müraciətdə BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının, eləcə də, ətraf mühitin mühafizəsinin tələblərinə dönmədən riayət edilməsi, dağ-mədən obyektlərinin işinin düzgün təşkili normalarına əməl olunması və ətraf mühitə dəymiş ziyanın müəyyənləşdirilməsində ölkəmizin səlahiyyətli qurumları ilə əməkdaşlığın vacibliyi vurğulanıb”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistanla #bağlı #İqtisadi #Əməkdaşlıq #və #İnkişaf #Təşkilatı #və #AŞa #müraciət #edildi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin