fbpx

“Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Özlərinin və qarşıdakının gücünü yaxşı bilən Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər. Buna həvəsləndirilir və hətta sövq olunurlar”.

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev bildirib. Millət vəkili deyir ki, həvəsləndirənlər qərbdəkilər, sövq edənlər isə regiondakı iki bəlli dövlətdir.

“Biz görürük ki, münaqişə zamanı olduğu kimi postmünaqişə dönəmində də Azərbaycan təkcə işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistanla deyil, ondan geosiyasi alət kimi faydalanan, faydalanmaq niyyətində olanlarla da mübarizə apararaq öz torpaqları üzərində suverenliyini tam təminə çalışır və bunu bacarır da. Martın 25-də keçirilən əməliyyat da bu yöndə atılan növbəti və görünən önəmli addımlardan biri idi. Təbii ki, görünməyən, açıqlanması lazım bilinməyənlər də var və bizim öz məqsədimizə doğru irəliləməmizdə onların da az rolu yoxdur. Məqsəd isə budur ki, regionda beynəlxalq normalara əsaslanan dayanıqlı sülh olsun, haylardan bizə qarşı geosiyasi alət kimi faydalanmağın perspektivsizliyini hər kəs anlasın”.

Rüya tabirlerini burdan oku

Millət vəkili bildirdi ki, martın 25-də keçirilən əməliyyat haylardan da çox, onlardan geosiyasi alət kimi faydlananlara təsirli bir görk oldu.

“Qarabağdakı haylar üzərində subyektlikləri olanlara, separatçıların “yefreytor”u Araik Harutyunyanı növbəti dəfə aparıb, təlimatlandırıb geri qaytaranlara göstərildi ki, ora qarışıq torpaqlarının hər qarışında hökmü Azərbaycan verə bilər, başqa heç kim. Mən martın 25-dəki əməliyyatı vətəndaş cəmiyyəti təmsilçilərinin dekabrın 12-də başlatdıqları və hələ də davam edən aksiyanın məntiqinə, eləcə də ruhuna uyğun bir addım kimi dəyərləndirirəm. Azərbaycan bununla növbəti dəfə göstərdi ki, biz həm cəmiyyət, həm də dövlət olaraq Qarabağdakı hayların orada qalıb yaşamalarının hələ də əleyhinə deyilik. Buyurub vətəndaşlığımızı qəbul etsin, reinteqrasiya olunsun, təhlükəsiz və azad yaşasınlar”.

Sahib Alıyev qeyd etdi ki, reinteqrasiya tərəfdarı kimi çıxış edib-etməmələrindən asılıq olmayaraq Azərbaycan Qarabağdakı hər hansı hayın burnunun belə qanamasını istəmir.

“Reinteqrasiyadan imtina edirlərsə, bunda da sərbəstdirlər. Onlara yalvarmayacağıq. Eyni zamanda kimin nə plan qurmasından asılı olmayaraq, ötən il dekabrın 12-də və bu il martın 25-dəki kimi lazım gələndə yumşaq, ehtiyac duyulanda ağıllı güc tətbiq etməklə torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi və subyektliyimizi göstərəcəyik. Yəni bütün dünya bir daha görür ki, biz reinteqrasiya tərəfdarı kimi çıxış edib-etməmələrindən asılıq olmayaraq Qarabağdakı hər hansı hayın burnunun belə qanamasını istəmirik. Amma onlar da anlamalıdırlar ki, Azərbaycan qanunları çərçivəsində yaşamaqdan başqa heç bir alternativləri yoxdur. Alternativlər ancaq bizim sərhədlərimizdən kənarda ola bilər”.

Millət vəkili onu da vurğuladı ki, Azərbaycan Ermənistanla sülh anlaşmasının imzalanmasında, beynəlxalq normalara dayanan normal əlaqələrin qurulmasında maraqlıdır.

“İstəmirlərsə, yenə də özləri bilərlər, istəməsinlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, biz bütün ssenarilərə hazırıq”,- deyə Sahib Alıyev bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistanla #Qarabağdakı #separatçı #ünsürlər #özbaşına #hərəkət #etmirlər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu