fbpx

Ersin Tatar İlham Əliyevə təbrik etdi



Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar 28 May – Müstəqqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

BEY.AZ xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Azərbaycan – Şimali Kipr Türk Cümhuriyyəti parlamenti arasında dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev paylaşım edib.“Dost və qardaş Azərbaycan Respublikasının 28 May – Müstəqillik Gününü öz adımdan və Kipr türk xalqı adından səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir. Kipr türkləri də böyük Türk millətinin bir parçasıdır deyərək, Şimali Kipr Türk Cümhuriyyətinə güclü dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə cansağlığı, xoşbəxtlik və uğur, dost və qardaş Azərbaycan xalqına sülh və bərəkət arzu edirəm.

Azərbaycanlı qardaşlarımızın işğal altında olan torpaqlarını geri alması ilə builki Müstəqillik Gününün belə bir xoşbəxt şəraitdə qeyd etməsinin verdiyi xüsusi sevinci və qürur hissini ürəkdən bölüşürük”, – deyə Ersin Tatarın təbrik mesajında vurğulanıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin