Əsəd ailəsinin 2 üzvü Livanda saxlanıldı
Suriya Prezidenti Bəşşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı ölkədən çıxmağa çalışarkən saxlanılıb.
BEY.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, oblar saxta pasportlarla Rafik Həriri Beynəlxalq Hava Limanında saxlanılıblar.
Qeyd edək ki, Bəşər Əsədin əmisi Rıfat Əsədin oğlu Dureyd Əsədin ailəsinin əvvəllər Livanda yaşadığı, yaxud Əsəd rejiminin devrilməsindən sonra ora köçdüyü barədə dəqiq məlumat verilmir.
Rıfat Əsədin adı 1982-ci ildə Hama qətliamı kimi hadisələrlə əlaqələndirilir. Həmçinin, o, Fransa məhkəməsi tərəfindən korrupsiya və dövlət fondlarından qanunsuz istifadə ittihamı ilə 2021-ci ildə 4 il həbs cəzasına məhkum edilib. Həmin il Suriya mediasında yayılan xəbərlərə görə, Bəşər Əsədin əfv qərarından sonra Rıfat Əsədin Dəməşqə qayıtdığı iddia olunmuşdu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |