fbpx

Əsəd niyə İrandan yox, Rusiyadan sığınacaq aldı?

Rüya Yorumları burda

“Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblər dayanır”.

BEY.AZ xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib. O qeyd edib ki, Əsədin Qərblə danışıqlara getməsi və İranı Suriyadan çıxarmaq müqabilində hakimiyyətini qorumaq cəhdi Tehranla münasibətlərdə soyuqluq yaradıb. İran mediasında müxaliflərin qələbəsindən sonra yayılan məlumatlar da bu gedişatın təsdiqi kimi görünür.

Bununla yanaşı, Həmas liderinin öldürülməsindən sonra Bəşər Əsədin İranda qalması təhlükəsizlik baxımından riskli ola bilərdi. Nərimanlıya görə, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməkdən çəkinib və bu addımın gələcək perspektivlərini çətinləşdirə biləcəyini düşünüb.

Buna qarşı olaraq Rusiyanın Əsədə sığınacaq verməsi Suriya siyasəti ilə bağlı hesablanmış addımdır. Politoloq vurğulayır ki, müxalifət Əsədi danışıqlarda bir vasitə kimi istifadə edərək öz maraqlarını təmin edə bilər. Bu kontekstdə müxalifət qüvvələrinin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması da diqqət çəkir.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu