fbpx

Əslində güzgü nə rəngdədir? – Elmi cavab


Bu sualın məşhur cavabları arasında “gümüşü”, “ağ”, “nəyi əks etdirirsə o rəng”, və “rəngsiz” kimi cavablar var.

BEY.AZ Lent.az-a istinadən bildirir ki, əksər güzgülər əslində az da olsa yaşıldır. Bəli, yaşıl.

Fərz edək ki əksəriyyət insanların rəngləri necə qavradığından xəbərdardır: Elektromaqnit spektr insan gözünün görə bildiyi və görə bilmədiyi işıq şüalarının dalğa uzunluqlarından ibarətdir. İnsan gözünün görə bildiyi bənövşəyi, göy, mavi, yaşıl, sarı, narıncı, qırmızı kimi rənglərin dalğa uzunluğu təxminən 400 nm və 700 nm aralığında artan uzunluq sırası ilə dəyişir. Əgər özünüz rəngləri təbiətdə müşahidə etmək istəyirsinizsə, görqurşağına baxmağınız kifayətdir

İşıq bir əşya ilə təmas etdikdə, əşya görünən skaladan spesifik dalğa uzunluqlarını özündə absorbsiya edir. Yerdə qalan udulmayan dalğa uzunluqları əşyadan əks olunur, və gözümüzün gördüyü dalğa uzunluqlarını biz hər hansı bir rəng kimi qəbul edirik. Bütün görünən şüaları udan əşyalar qara rəngdə hesab olunur. Bütün şüaları əks etdirən əşyaları isə ağ rəngdə qəbul edirik.

Bunlar sadəcə giriş məlumatları idi. İndi isə sualımıza qayıdaq: Güzgü nə rəngdir? Güzgülər- bizim ağdır dediyimiz əşyalar kimi bütün işıq şüalarını əks etdirir. Bəs onda güzgülər niyə ağ rəngdə deyil və biz niyə öz əksimizi ağ vərəqdə görə bilmirik?

Bu məsələdə, işıq şüasını əks etdirmənin fərqli yollarının olduğu kəşfi köməyimizə çatır. İşıq şüası ağ vərəqdə “dağınıq əks” olunur. Yəni adından da göründüyü kimi- dalğalar fərqli istiqamətlərdə, dağınıq olaraq əks olunur. Bununla müqayisədə güzgülərdə isə, “spekulyar əks olunma” müşahidə olunur. Yəni güzgüdən əks olunan şüalar, yanlız şüanın güzgüyə daxil olduğu bucaq altında əks olunur. Fil Pleyt bu hadisədə güzgünün rəngini “ağıllı ağ” adlandırır. Amma bu heç də o qədər düzgün yanaşma deyil. Güzgülər əslində yaşıldır.

Gündəlik gördüyümüz güzgülər soda-əhəng-silica tərkibinin kombinasiyasıdır. 2004-cü ilə aid, “Virtual Tunellər və Yaşıl Güzgü: Gündəlik Güzgülərin Rəngləri” adlı məqalədə, araşdırmaçılar Reymond L. Li və Xavier Hernandes Andres bu kombinasiyanı “əksər güzgülərin optik nüvəsi” adlandırmışdır.

Güzgülərə yaşılımsı rəngi verən də məhz bu materiallar kombinasiyasıdır. Bu rəngi görə bilmək nə qədər çətin olsa da, bunu görə biləcəyimiz yer iki güzgünün bir-birinə qarşı yerləşdikdə yaratdıqları sonsuz təkrar olunan əks olunmalarıdır. Bir başqa adla güzgü tunellərini siz Qranada, İspanyada yerləşən “The Science Museum”- da görə bilərsiniz. Li və H. Andres muzeyi ziyarət etmiş, və güzgü tunelində işıqların dalğa uzunluqlarını hesablamışdılar. Məlum olmuşdur ki, güzgülər ən yaxşı halda dalğa uzunluqları 495 nm və 570 nanometr arasında olan işıq şüalarını əks etdirir. Bu aralığı isə insan gözü yaşıl olaraq qəbul edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin