fbpx

“Eşşək Tahir”in satdığı uzunqulaq ətini yesəydik, nə baş verəcəkdi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, ötən həftə Sabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub. Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

Maraqlıdır, görəsən, vətəndaşlar uzunqulaq ətini yesəydi, nə baş verəcəkdi? Ümumiyyətlə, eşşək ətini yemək olarmı?

Metbuat.az-a danışan qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov deyib ki, öncəliklə, at və ya eşşək ətindən yemək hazırlamaq, süfrəyə təqidm etmək kimi bizim adətimiz yoxdur.

Rüya tabirlerini burdan oku

“Eşşək və ya ətindən hazırlanan yemək, onun süfrəyə təqim edilməsi kimi mədəniyyətimiz yoxdur. Ona görə də mən düşünürəm ki, bu ətlərin satışı da qadağan olunmalıdır. Qarşısının alınması da düzgün addımdır. Bir var insanlar özləri yeməkdə at və ya eşşək əti tələb etsin, o başqa məsələ. Bizdə kim razı olar uzunqulaq ətini yeməyə?

Ümumilikdə, ətlərin zərərli olması, ətlərin
parazitlərə yoluxması və yaxud mikrobioloji çirklənməsi əsas məsələdir. Yəni əgər ət, mikrobioloji çirklənməyə məruz qalırsa,
o zaman insanlara zərərli ola bilər və bu eşşək ətini satan insanlar da çox
güman ki, o ətləri mikrobioloji çirklənməyə məruz qoyub satırlar. Çünki belə insanlar vicdan deyilən bir şey yoxdur”.

1639761235_2

Ağa Salamov

Ekspert qeyd edib ki, marketlərdə bu məsələyə ciddi nəzarət var. Belə hallara daha çox küçə satışında rast gəlmək olur. Ağa Salamov həmçinin bəzi məsləhətlər də verib:

“Maşınları saxlayıb mənşəyini bilmədiyimiz ət satırlar. Bunlardan bir az uzaq durmaq lazımdır. Bir də insanlar ətin rənginə diqqət etsinlər. Əgər qaralmış ətdirsə, sarı rəngdə yağları çoxdursa, bu, artıq onun at və ya uzunqulaq
əti olmasından xəbər verir. Çünki olein turşusuna digər heyvanlara nisbətən, at
və uzunqulaq ətində daha çox rast gəlinir.

Onların əti də həm də
gec bişir. Gec bişəndə də ət yumşalmır. Diş də bunu
parçalamır, məcbur
qalıb uduruq. Bununla da həzm sistemi pozulur”.

Ekspertin sözlərinə görə, daha çox işlədilən atın, eşşəyin əti satılır. Ya da ki həmin heyvanlar qocalanda və yaxud xəstələnəndə, yararsız bir hala gələndə kəsib satırlar:

“Ona görə də Azərbaycanda at və eşşək atı almaq təhlükəlidir”, – deyə o vurğuladı.

Gülər Seymurqızı




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Eşşək #Tahirin #satdığı #uzunqulaq #ətini #yesəydik #nə #baş #verəcəkdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu