ETSN nazirliyin adından yoxlama aparan şəxslərlə bağlı məlumat yaydı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının adından istifadə etməklə naməlum şəxslər tərəfindən sahibkarlıq subyektlərinə yoxlama adı ilə gələrək, qanunsuz tələblər irəli sürülməsi barədə məlumatlar daxil olur.
Bu barədə Metbuat.az-a ETSN-dən bildirilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qeyd edilən obyektlərdə nazirliyin hər hansı qurumu tərəfindən yoxlama aparılması halı qeydə alınmayıb və həmin müəssisələrdə nazirliyin əməkdaşları ümumiyyətlə olmayıb.
Bununla bağlı sahibkarlıq subyektlərinin rəhbərlərindən xahiş olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından hər hansı yoxlama və ya monitorinq məqsədilə gələn şəxslərdən iş vəsiqəsi və araşdırma üçün icazə sənədi tələb edilsin.
Şübhəli hallara rast gəlindikdə isə dərhal Nazirliyin 168 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat verilsin.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ETSN #nazirliyin #adından #yoxlama #aparan #şəxslərlə #bağlı #məlumat #yaydı