fbpx

Evini məhkəmədə itirən yazıçı küçələrdə yaşayır

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bakı şəhəri Yasamal rayon bələdiyyəsinin ərazisində orta yaşlı bir şəxs uzunmüddətdir evi olmadığına görə, həyətdəki oturacaqlarda gecələməli olur.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə görüntülər göndərilib.

Adının Əli olduğunu deyən şəxs ilə payızın soyuq günlərində elə axşam radələrində həmsöhbət olduq. Uzaqdan müşahidə edən zaman onun soyuqdan qorunmaq üçün köhnə bir adyala büründüyünü gördük. Yaxınlaşıb salamlaşdıq, onunla maraqlandığımızı, haqqında yazmaq istədiyimizi bildirdik. Əvvəl razı olmasa da, sonradan fikrini dəyişib görüntüsünü çəkməyə icazə verdi. Əli ixtisasca hüquqşünas olsa da, sənət olaraq yazıçılıqla məşğuldur. Görünüşündən daha çox fəhləyə bənzəyən Əli bildirdi ki, uzunmüddət öncə evini məhkəmə çəkişmələrinin birində qohumlarına görə itirməli olub. Sonra pulu olmadığı üçün prosesi davam etdirə bilməyib.

Elə bundan sonra da hüquqşünaslıqla sağollaşaraq yazıçılığı özünə peşə bilib. Everest təxəllüsü ilə yazan 60 yaşlı yazıçı evlənsə də övladı olmayıb. Bir müddət Bakının müxtəlif ərazilərində kitablarını sataraq dolanışığını təmin etmək istəsə də sonradan alıcıların olmaması səbəbindən kirayə pulunu da ödəyə bilməyib. Çarəsiz qalan Əli Everest ümidi bələdiyyənin həyətində olan oturacaqlar olub.

Həyətdəki sakinlərlə söhbət edən zaman bəlli oldu ki, təqribən üç aydan çoxdur ki, yaşlı adam gecələmək üçün bura gəlir.

Rüya tabirlerini burdan oku

“Heç kimlə işi yoxdur. Hər gün axşam 9-10 radələrində həyətə əlində bir torba ilə gəlir. Dar oturacaqda uzanıb yatmağa çalışır. Bəzən isə oturaq formada, ədyalına bürünərək yatır. Havalar soyuyub, qarşıdan qış gəlir, soyuqdan donub həyatını itirə də bilər. Ara bir evdən yemək aparıb veririk. Üzündən görünür ki, küçə adamı deyil, nə edəsən həyatı belə gətirib”.

Metbuat.az məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib, mövzunu davam etdirəcəyik.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Evini #məhkəmədə #itirən #yazıçı #küçələrdə #yaşayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu