Evli qadınlar arasında “Dünya gözəli” o seçildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya təmsilçisi ilk dəfə evli qadınlar arasında “Dünya gözəli” seçilib.
Metbuat.az xəbər verir ki, Udmurtiya sakini Yelena Maksimova bu kateqoriyada 2022-ci ilin “Dünya gözəli” seçilib.
Bu il beynəlxalq gözəllik müsabiqəsi 30 yanvar – 5 fevral tarixlərində Sofiya şəhərində keçirilib. Müsabiqənin fevralın 4-də keçirilən final mərhələsində 34 yaşlı Yelena Maksimova qalib olub.
Müsabiqənin finalında Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər 120 ölkənin təmsilçiləri iştirak ediblər. 2007-ci ildən keçirilən müsabiqədə ilk dəfə Rusiya təmsilçisi birinci yeri tutub.
Qeyd edək ki, iki uşaq anası olan Yelena Maksimova Udmurtiyanın Qıya kəndində anadan olub, hazırda İjevskdə dil mərkəzləri şəbəkəsinə rəhbərlik edir. 2021-ci ildə Rusiyada gözəllik müsabiqəsində ikinci yerin sahibi olub və bu da ona beynəlxalq müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Evli #qadınlar #arasında #Dünya #gözəli #seçildi