“Exit poll”u bu təşkilatlar keçirəcək
Parlament seçkiləri ilə əlaqədar “Exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat qeydiyyatdan keçib.
BEY.AZ xəbər verir ki, bu sözləri parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, bunlar Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyidir. Bu təşkilatlar geniş imkanlara malikdir. Təşkilatlar təxminən 2-3 min məntəqədə öz fəaliyyətlərini həyata keçirəcəklər.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |