Fələstin ölənlərin sayını şişirdib – KİV
Fələstinin Səhiyyə Nazirliyi İsrailin hücumu mülki əhali arasında 44 mindən çox ölüm halı barədə məlumatlar xeyli şişirdilib.
BEY.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.
Məlumata görə, “Fifty Research Group” (FRG) müstəqil tədqiqat qrupu və Britaniyanın Henri Cekson Cəmiyyətinin araşdırmaları rəqəmlərlə sistematik manipulyasiyanı aşkar edib.
“HƏMAS-ın rəhbərliyi altında fəaliyyət göstərən Səhiyyə Nazirliyi mülki şəxslərlə yaraqlıların ölümü arasında fərq qoymadan ölənlərin sayını şişirdərək, hətta münaqişə başlamazdan əvvəl ölənləri də daxil etməklə ölənlərin sayını sistematik olaraq şişirdir”, – sənəddə qeyd olunub.
Əldə edilən məlumatlar Qəzzada qurbanların əksəriyyətinin mülki şəxslər olması barədə iddiaları təkzib edir.
Qeydə alınmış ölüm hallarından təxminən 17 mini HƏMAS döyüşçüləridir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |