fbpx

Fələstin Prezidenti COP29-a dəvət olundu

Rüya Yorumları burda

Azərbaycanın Fələstindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli Fələstin Dövləti Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Macdi Əl-Xalidi ilə görüşüb.

BEY.AZ xəbər verir ki, İ.Nəzərli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanlanmış dəvət məktubunu müşavirə təqdim edib.

İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə olunub.

Təmsilçilik Ofisinin rəhbəri ən böyük və mühüm dövlətlərarası tədbirlərdən biri olan COP29-a Azərbaycanın ev sahibliyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulması və yaşıl enerji sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib. O, yaşıl enerji istehsalının və bu enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətinin prioritet istiqamətlərindən sayıldığını, işğaldan azad edilmiş ərazilərin Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan olunduğunu vurğulayıb. Ofisin rəhbəri Azərbaycanın hər zaman İslam həmrəyliyinə sadiq qaldığını, Fələstin xalqının dövlətçilik mübarizəsini daim dəstəklədiyini və İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında həllinə tərəfdar qaldığını vurğulayıb. O, münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin ciddi narahatlıq doğurduğunu qeyd edib.

Rüya tabirlerini burdan oku

Fələstin Prezidentinin müşaviri ölkəsinin COP tədbirlərinə daim xüsusi diqqət ayırdığını, 2015-ci ildə keçirilmiş COP21 tədbirində dünya dövlətlərini iqlim dəyişikliyi ilə mübarizə ətrafında birləşdirmiş Paris Sazişinə qoşulduğunu qeyd edib və Fələstin Dövlətinin COP29 tədbirində ən yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib. O, Fələstin məsələsində sabit dost mövqeyinə, regional və beynəlxalq təşkilatlarda müvafiq qətnamələrə verdiyi daimi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Hökumətinə və xalqına minnətdarlıq edib, regionda baş verən son hadisələr, Qəzza zolağında davam edən müharibə nəticəsində on minlərlə günahsız dinc insanın, o cümlədən uşaqların və qadınların ölümü və dəhşətli humanitar vəziyyət haqqında məlumat verib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu