“Fənərbağça” Becaonun yerinə onu almaq istəyir
Ferdi Kadıoğlunun ardınca Becaonun da klubdan ayrılması ehtimalının yaranmasından sonra “Fənərbağça” müdafiəçi transferi çalışmalarını sürətləndirib.
BEY.AZ “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssis Joze Mourinyonun istəyinə uyğun olaraq həm sol cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi oynaya biləcək oyunçu axtarışındadır.
Türk mediasında yer alan xəbərə görə, klub “Atletiko Madrid”də forma geyinən Mario Hermoso ilə maraqlanır. 29 yaşlı müdafiəçi ispanların müqavilə təklifini qəbul etməyib və hazırda sərbəst vəziyyətdədir.
Mario Hermoso ötən mövsüm “Atletiko Madrid”in formasını geyindiyi 45 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |