“Fənərbağça” doğma meydanda qalib gəldi
Futbol üzrə Türkiyə Superliqasında 31-ci turun növbəti oyunu keçirilib.
BEY.AZ xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında “Sivasspor” “Fatih Karagümrük”ə 1:0, “Kasımpaşa” “Kaysərispor” 2:0, “Trabzonspor” isə “Konyaspor”a 3:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra turnir cədvəlinə 84 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 82 xalla ikinci, 52 xallı “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.