“Fənərbağça” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı
Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.
BEY.AZ xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın “Lill” kollektivi ilə qarşılaşan İstanbul komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb. Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan “sarı-lacıvərdlilər” qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.
Qeyd edək ki, Jose Mourinyonun rəhbərlik etdiyi “Fənərbağça” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |