fbpx

“Fənərbağça”dan surpriz seçim – Əzəli rəqibinin futbolçusunu alır



İstanbulun “Fənərbağça” klubu transfer siyahısına surpriz adı daxil edib.

BEY.AZ “Takvim”ə istinadən xəbər verir ki, klub İngiltərənin “Vulverhempton” klubunda forma geyinən qabonlu futbolçu Mario Leminanı heyətinə qatmaq üçün hərəkətə keçib. Oyunçunun “Fənərbağça”ya mümkün keçidi ilə bağlı ingilis mediasında da məlumat yer alıb.

Bazar dəyəri 10 milyon arvo olan futbolçu üçün türk klubunun 5-6 milyon avroluq təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 2023-cü ildən ingilis klubunda olan Leminanın müqaviləsi gələn yay başa çatır. Futbolçu ötən il Fransanın “Nice” klubundan “Vulverhempton”a 11 milyon avroya keçmişdi.

İndiyə qədər “6 nömrə” mövqeyində oynayan futbolçunun transferləri üçün 51,2 milyon avro ödənilib. “Fulham”, “Yuventus”, “Marsel”, “Sautgempton” kimi klubların da formasını geyinən Lemina karyerası ərzində 339 matça çıxıb, 17 qol və 6 asisstlə yadda qalıb.

O, 2019-2020-ci il mövsümündə “Qalatasaray”da icarə əsasında oynayıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin