fbpx

“Fənərbaxça azarkeşlərini itirdi” – İlker Yağcıoğlu

Rüya Yorumları burda

“Matçtda qələbə qazanmaq və ya məğlub olmaq olar. Lakin “Fənərbaxça” bu gün azarkeşini itirdi. Bu daha pisdir, daha böyük problemdir”.

BEY.AZ xəbər verir ki, bu sözləri futbol şərhçisi İlker Yağcıoğlu “Fənərbaxça”nın doğma meydanda “Atletik Bilbao”ya 2-0 uduzduğu matçı şərh edərkən deyib.

Fənərbaxçalı azarkeşlər “Atletik Bilbao”nun 5-ci dəqiqədə vurduğu ilk qolda Samet Akaydinin ötürməsinin qısa olmasından sonra milli futbolçuya qarşı etirazlarını bildirib. Samet Akaydinin qısa ötürməsindən sonra topu ələ keçirən Quruzeta Inaki Vilyamsa qol vurdurub. Qoldan sonra “sarı-lacivərtilər” Akaydin ayağına top gəldikdə fitə tutaraq etirazlarını bildirdilər. Bu reaksiyalar üzərinə 16 və 19-cu dəqiqələrdə “Sevgili Fənərbaxçalılara lütfən bütün futbolçularımızı dəstəkləyək” elanları edilib. Qapı arxasında olan “sarı-lacivərti” azarkeşlər isə futbolçuları fitə tutan tribunlara qarşı etirazlarını bildirdilər.

Baş məşqçi Mourinyo Samet Akaydini ikinci hissənin əvvəlində meydana çıxarmayıb, yerinə Çağlar Söyüncü’yü oynatmağa qərar verib.

Rüya tabirlerini burdan oku

Matçın gedişatında Fənərbaxçalı azarkeşlər, klub prezidenti Ali Koçu istefaya çağırıb. Mert Müldürün qırmızı kart gördüyü epizoddan sonra tribunlardan artan etirazlar “Ali Koç istefa” şüarları ilə davam edib. Daha sonra, azarkeşlər əvvəlki prezident Aziz Yıldırımın lehinə də şüar səsləndiriblər. Final fitindən sonra da istefa şüarları davam edərək tribuna gərginliyini göstərib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu