fbpx

“Fənərbaxça” ilə “Əl-Nəsr” bu futbulçuları dəyişir

Rüya Yorumları burda

İddialara görə, “Əl-Nəsr” klubu braziliyalı Anderson Taliskanı transfer etmək üçün “Fənərbaxça” ilə razılığa gəlib. Bu keçiddən sonra “Əl-Nəsr” klubunun yeni hücumçusunun Youssef En-Nesyri olacağı bildirilir.

BEY.AZ xəbər verir ki, bu iddia Səudiyyə Ərəbistanı mətbuatında yer alıb. “Fənərbaxça” transfer çalışmaları ilə gündəmdə olduğu bir vaxtda klubla bağlı gözlənilməz ayrılıq iddiaları ortaya çıxıb.

“Riyad TV”nin verdiyi məlumata görə, Anderson Taliska ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Digər tərəfdən, Youssef En-Nesyrinin transferi üçün də müzakirələr aparılır və “Əl-Nəsr” bu keçidi reallaşdırmaq üçün “Fənərbaxça”nı razı salmağa çalışır. Lakin keçidin həyata keçməsi üçün müəyyən maneələr var. Baş məşqçi Jose Mourinho daha əvvəl En-Nesyrinin satışına veto qoymuş və onun komandadan ayrılmasını istəməmişdi. “Fənərbaxça” prezidenti Ali Koçun fasilə zamanı Mourinho ilə görüşərək məsələyə aydınlıq gətirəcəyi bildirilir.

Qeyd edək ki, 27 yaşlı faslı futbolçu Youssef En-Nesyri bu mövsüm “Fənərbaxça” forması ilə keçirdiyi 24 matçda 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Yay transfer pəncərəsində “Sevilya”dan 19.5 milyon avroya transfer olunan futbolçunun hazırkı dəyəri 22 milyon avro təşkil edir. En-Nesyrinin “Fənərbaxça” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Rüya tabirlerini burdan oku

Transfer xəbərlərinin rəsmi olaraq təsdiqlənməsi üçün yaxın günlərdə açıqlamalar gözlənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu