”Fənərbaxça” Mourinyo barədə qərarını verdi
“Fənərbaxça”nın prezidenti Ali Koç idarə heyəti ilə iclas keçirib.
BEY.AZ xəbər verir ki, idarə heyətinin iclasından sonra Ali Koç Joze Mourinyo ilə təkbətək görüşüb. Bu görüşdə Ali Koçun portuqaliyalı çalışdırıcıdan komandanın vəziyyəti və problemləri ilə bağlı məlumat aldığı bildirilib. İddia edilir ki, “Fənərbaxça”nın uğursuz oyununa baxmayaraq, klub ona etimad göstərir. İddia edilir ki, lider “Qalatasaray”dan 6 xal geri qalan “Fənərbaxça” rəhbərliyi komandanın oyunundan razı deyil.
“Beşiktaş” məğlubiyyətindən sonra “Fənərbaxça”da Mourinyonun istefaya göndərilməsinin nəzərdən keçirildiyi irəli sürülmüşdü. “Atletik Bilbao”ya məğlubiyyətdən sonra Joze Mourinyo qovula biləcəyi barədə iddialar dərc edilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |