Fərid Axundov vəzifədən gedir – FOTO
Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən “PAŞA Bank”ın Müşahidə Şurasından ayrılacağını açıqlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə, o, sosial media hesabında paylaşım edib.
“PASHA Bank-ın Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinə şahidlik etməkdən həm peşəkar bankir, həm də bu möhtəşəm ölkənin vətəndaşı kimi qürur duyuram. Fəaliyyətimi Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm” – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |