fbpx

Fərid Qayıbov uğur qazanmış idmançılarla görüşdü

Rüya Yorumları burda


Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

BEY.AZ xəbər verir ki, İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov Olimpiya Oyunlarında qazanılan nəticələr münasibətilə idmançıları təbrik edib:

“İdmançılarımızın Olimpiya Oyunlarında qazandıqları nəticələr bizi qürurlandırdı, 2 qızıl medal bizim üçün yaxşı nəticədir. İdmançılarımızı bu uğurlu nəticə münasibətilə təbrik edirəm”. Daha sonra Olimpiya Oyunlarının boks üzrə gümüş medalçısı Alfonso Dominqes çıxış edərək bütün idmançılara yeni qalibiyyətlər arzulayıb.

“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” dərəcələrinə layiq görülmüş bəzi idman mütəxəssislərinə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Rüya tabirlerini burdan oku

Akrobatika gimnastikası, bədii gimnastika, batut gimnastikası, ikili mini-batut, tamblinq, akademik avarçəkmə, basketbol, boccia, boks, MMA, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, çimərlik güləşi, taekvondo, parataekvondo, parabadminton, paragüllə atıcılığı, kikboksinq idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı turnirlərə hazırlığı haqda danışıblar.

Tədbirdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu