“Fənərbağça” və “Beşiktaş” Luis Suareslə maraqlanır
BEY.AZ informasiya agentliyi xəbər verir
İspaniyanın “Atletiko” (Madrid) komandasının futbolçusu Luis Suares karyerasını Türkiyədə davam etdirə bilər.
Metbuat.az-ın AS nəşrinə istinadən məlumatına görə, 35 yaşlı uruqvaylı hücumçu ilə “Fənərbağça” və “Beşiktaş” klubları maraqlanır. Onlar təcrübəli forvardın ətrafı ilə təmaslara keçiblər. Hazırda “sarı-lacivərdlilər” Superliqada 3-cü, “Beşiktaş” isə 8-ci yerdə gedir.
Qeyd edək ki, Luis Suares “Atletiko”ya 2020-ci ildə “Barselona“dan 7 milyon avroya keçib. Cari mövsümdə o, La Liqada 29 oyuna 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Suaresin Madrid klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.