fbpx

“Fənərbaxça” ulduz futbolçunu transfer edir

BEY.AZ informasiya agentliyi xəbər verir



Duşan Tadiçi heyətinə qatan “Fənərbaxça”, Vilfrid Zahanı transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” “Kristal Pelas”ın hücumçusuna yaxşı şərtlərlə təklif göndərib. “Sky Sports”un məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Ettifaq” klubu Zahanın transferindən geri çəkilib. Ulduz futbolçunun qarşısında hazırda iki variant var. Zaha ya “Kristal Palas”da qalacaq, ya da “Fənərbaxça”nın təklifini qəbul edəcək. Məlumata görə, 30 yaşlı cinah yarımmüdafiəçisi yeni klubda macaraya başlamaq istədiyi üçün “Kristal Palas”dan ayrıla bilər.

Qeyd edək ki, peşəkar futbolçu karyerasına “Kristal Pelas”da başlayan Zaha 2013-cü ildə “Mançester Yunayted”ə keçib. “Yunayted”də qala bilməyən cinah oyunçusu müvafiq olaraq “Kristal Pelas”, “Kardiff Siti” və yenidən “Kristal Pelas”a icarəyə verilib. Zaha 458 matçda 90 qol vurub və 76 məhsuldar ötürmə edib. Zahanın “Kristal Pelas”la müqaviləsi başa çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Fənərbaxça #ulduz #futbolçunu #transfer #edir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin