fbpx

Fərid Qayıbov UNESCO-da komitə sədri seçilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə qərar UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclasında qəbul olunub.

İclasın keçirilməsində əsas məqsəd komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venezuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər.

Rüya tabirlerini burdan oku

İclas zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi müddətində komitənin işinin daha effektiv həyata keçirilməsi istiqamətində bütün komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

Qeyd etmək istərdik ki, sözügedən Komitə, bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələri arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu