Fəvvarələr Meydanındakı bu obyekt narazılığa səbəb oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakının mərkəzində, Fəvvarələr Meydanında obyekt tikilməsi üçün işlər aparılıb.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən məsələ araşdırılıb, artıq tikinti işləri dayandırılıb:
“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilərək dərhal dayandırılıb.
Bununla bağlı Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edilib. Hazırda tikinti işləri tam olaraq dayandırılmış, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fəvvarələr #Meydanındakı #obyekt #narazılığa #səbəb #oldu