Faciəvi şəkildə ölən qadın müəllim imiş
Xəbər verdiyimiz kimi, noyabrın 9-da Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
BEY.AZ Qafqazinfo-ya istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində həlak olan sərnişin 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva müəllim imiş.
O, Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırmış.
Qeyd edək ki, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. “Mercedes” və “Opel” markalı maşınların toqquşması nəticəsində sürücülər 2001-ci il təvəllüdlü S.İsgəndərov və 1962-ci il təvəllüdlü F.Əliyev xəsarət alıb. F.Əliyevin avtomobilində sərnişin olan K.Əliyeva isə xəstəxanaya çatdırılsa da, vəfat edib.
Kəbirə Əliyevanın fotosunu təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |