Falçı “tezliklə öləcəksən” dedi, qadın bir gün sonra vəfat etdi
Braziliyada 27 yaşlı qadın falçı ona tezliklə öləcəyini dedikdən bir gün sonra dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, qadının halı falçının verdiyi şokoladı yedikdən sonra qəfil pisləşib. “New York Post” qəzetinin məlumatına görə, Maceio şəhərinin mərkəzində gəzintiyə çıxan Kruz Pinto adlı gənc qadın yaşlı qadın tərəfindən saxlanılıb. Yaşlı qadın Pintodan onun falına baxıb baxa bilməyəcəyini soruşub. Təklifi qəbul edən Pintonun falına baxan qadın ona yaşamaq üçün bir neçə gününün olduğunu deyib. Daha sonra falçı Pintoya onu xilas etmək üçün şokolad verib. Pintonun əmisi oğlu Bianca Cristinanın sözlərinə görə, şokolad qablaşdırılmış olduğunu Pinto onun təhlükəsiz olduğunu güman edib və ac olduğu üçün yeyib.
Şokoladı yedikdən bir neçə saat sonra qadın özünü pis hiss etməyə başlayıb və onun səhhətində şiddətli mədə ağrıları, görmə qabiliyyətinin itirilməsi və qusma kimi simptomlar müşahidə edilib. Məlumata görə, bundan əvvəl qadının mədəsində bəzi problemlər olduğu üçün onun özü və ailəsi məsələyə önəm verməyib. Qadın bir gündən sonra həyatını itirib. Qadının şokoladın tərkibindəki zərərli maddələrdən öldüyü güman edilir.