fbpx

Fatih Terimdən Avstriya oyunu barədə proqnoz



Türkiyəli məşqçi Fatih Terim millinin qrupdakı oyunları və 1/8 mərhələdə qarşılaşacağı Avstriya millisi ilə bağlı matç barədə açıqlamalar verib.

BEY.AZ xəbər verir ki, o bildirib ki, Türkiyənin qrupdan çıxması təbii haldır. O, Türkiyə millisinin Avstriyanı məğlub edə biləcək gücdə olduğunu qeyd edib:

“Çox böyük bir ölkənin çox böyük azarkeş qrupunun dəstəklədiyi milli komandamız lazım olanı etdi. 1/8-ə düşdük. Başda məşqçi olmaqla, onların hamısını ürəkdən təbrik edirəm. İşimizi özümüz çətinləşdirdik. Türkiyənin bu qrupdan çıxması çox təbiidir. Rəqibin kim olmasından asılı olmayaraq, biz daha yaxşı oyunlar oynamalıyıq, daha yaxşı cavab verməliyik. Avstriya yoldaşlıq matçında bizi fərqli məğlub etdi, amma 1/8 final fərqlidir. Fərdi olaraq bir çox komandada olmayan istedadlı futbolçularımız var. Avstriya çox vacib komandadır, diqqətli olmalıyıq, amma Türkiyə Avstriyanı məğlub edəcək qədər güclüdür”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin