Fatih Terimin baş məşqçi olmasına razılıq verildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükeşi və Hamit Altıntop Stefan Kuntzun AVRO-2024-ün qrup matçlarının sonuna qədər komandanın məşqçi postunda qalmasını istəyir.
Metbuat.az xəbər verir ki, digər futbol dairələri isə Fatih Terimin yenidən millinin baş məşqçisi postuna gətirilməsi barədə razılığa gəlib.
İddialara görə, Türkiyənin Futbol Federasiyası rəhbərliyi də məsələ ilə bağlı lazimi dairələrə məlumat verib və Fatih Terimin məşqçi postuna gətirilməsi barədə razılıq alıb.
Qeyd edək ki, Ermənistan və Yaponiya matçlarında əldə olunan nəticələrdən sonra baş məşqçi Stefan Kuntz tənqid edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fatih #Terimin #baş #məşqçi #olmasına #razılıq #verildi