fbpx

Fazil Mustafa cinayəti “isti izlər”lə açılacaq?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Deputat Fazil Mustafaya terror hücumundan 4 gün ötür. Aydındır ki, cinayətkarın tezliklə tapılması Azərbaycan dövləti üçün həm də reputasiya məsələsidir. Bu xüsusda müşahidəçilər bir detala da diqqət yönəldirlər.

Belə ki, İslam İnqilabı Keşikçiləri Korpusunun teleqram kanalı martın 28-də saat 23:08-də Fazil Mustafanın “qətl”i barədə məlumat yayıb (“Turan”). “Anti-İran və islam əleyhinə bəyanatları ilə tanınan Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu (Mustafa) öldürülüb”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu mesaj sui-qəsd cəhdindən cəmi yarım saat sonra internetdə peyda olub. Halbuki Azərbaycan mətbuatının və bir çox dövlət qurumlarının olaydan xəbəri yox idi. Deputatın durumu haqda da heç nə məlum deyildi. Bildirilir ki, bütün bunlar İran xüsusi xidmət orqanlarının və İran agentlərinin bu sui-qəsd cəhdində iştirakının dolayı sübutudur.

Rüya tabirlerini burdan oku

Bu arada İranın müxalifət mediası 2022-ci ilin noyabrında Tanzaniya hakimiyyəti tərəfindən İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın xəbəri əsasında həbs edilən və “Həmid Salari” kimi tanınan iranlı kəşfiyyat zabiti Həmidrza Məhəmməd Əbrahanın dindirilməsinin videosunu yayıb. Bu barədə Haqqın.az yazıb.

“Əbraha ifadə verib ki, onun vəzifəsi yerli və xarici vətəndaşları casusluğa cəlb etmək və İsrail, Amerika, Səudiyyə və Azərbaycan hədəflərinə qarşı Tanzaniyada və ümumilikdə Afrikada sui-qəsd cəhdləri təşkil etməkdir. Həbs olunmazdan əvvəl Əbraha 15 il İran kəşfiyyatında xidmət edib, xüsusən Əfqanıstan və Pakistanda çalışıb. 2019-cu ildə o, bundan əvvəl uzunmüddətli təlim keçərək Tanzaniyaya transfer olunub”, – məlumatda deyilir.

Əbraha dindirmə zamanı İranın kəşfiyyat nazirliyinin (ETTELAAT) strukturu və sxemləri haqqında ətraflı məlumat verib, həmçinin cəlb etdiyi agentləri satıb. Bundan sonra o, Tanzaniyadan vətəninə ekstradisiya edilib.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Fazil Mustafanın silahlı hücuma məruz qalmasından bir gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Azərbaycan vətəndaşlarının həbs edildiyi haqda video material yayıb. Materialda xarici xüsusi xidmət orqanlarına işləməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları bildirir ki, onlara Azərbaycanda tanınmış dövlət xadimini izləmək tapşırılıb.

“Bizə həmin şəxsə bıçaq və ya odlu silahla xəsarət yetirmək tapşırılmışdı. Göz dağı vermək istəyirdik. Yəni öldü, qaldı, bir o qədər də önəmli deyil”, – DTX-nın video çəkilişində danışan təqsirləndirilən şəxslərdən biri deyir.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə telefon danışığında Fazil Musta da ona edilən hücumun İran tərəfindən təşkil olunduğunu ehtimal etdiyini bildirib: “Təqribən versiya budur. Çünki mənim başqa bir şəxsi düşmənim yoxdur. Bu, terror idi, məni birbaşa hədəf almışdılar. Sadəcə olaraq, Allah yaşadanda yaşadır”.

Millət vəkili telefon danışığında son olaraq dostlarına müraciətlə “Siz də bir az ehtiyatlı olun” deyib.

Fazil Mustafa

Son dövrlərdə Fazil Mustafanın kəskin və açıq şəkildə tənqid hədəflərindən biri də İran idi. 2 ay əvvəl Milli Məclisin yaz sessiyasındakı çıxışında deputat bildirmişdi: “İranla bağlı məsələ aktual olduğuna görə, ”Dini etiqad azadlığı haqqında” qanuna və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terorrçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna yenidən baxmalıyıq və bu qanunda bir sıra müddəalara ciddi diqqət yetirməliyik. Dini qanunvericilikdə nəyə diqqət yetirmək lazımdır? Birinci, Azərbaycandan milyonlarla manat vəsait guya dini vergi-xüms vergisi adı ilə yığılıb, İrana göndərilir. İslamda belə bir vergi növü yoxdur. Bu, qanunda terrorun maliyyələşdirilməsi kimi əks olunmalıdır”.

Çıxışında daha sonra ziyarətgahlar mövzusuna toxunan deputat “Azərbaycanda ələ alınan çox sayda agentura şəbəkəsinin əksəriyyətinin İranda Məşhədə, Quma, Kərbəlaya ziyarətə gedənlərin içindən seçildiyini” vurğulayıb və bunların da içində, “xüsusiilə də qadınların çox böyük bir şəbəkələşməsi” olduğunu qeyd edib. Bu səbəbdən də İrana edilən ziyarətlərin “tamamilə Azərbaycan dövlətinin nəzarəti altında gerçəkləşməli olduğunu” müdafiə edən deputat “bu qrupa daxil olan insanların riskli qrupda olan insanlar kimi xarakterizə olunmasının da qanunvericiliklə təmin edilməli olduğunu” vurğulayıb. Deputat deyib ki, Azərbaycanda orduda polisdə və başqa yerlərdə işləyən bəzi insanlar öz dövlətinin qanunlarına yox, “İrandakı ruhani rəhbərindən aldıqları tələb və əmrlərinə tabe olmağa” çalışır.

“Biz bunu da qanunda açıq göstərməliyik ki, bu, başqa ölkədə olan siyasi terrorçularla müəyyən əməkdaşlıq kimi xarakterizə olunmalıdır. Biz xarici təhsil, xüsusilə də İranda təhsil məsələsinə aydınlıq gətirməliyik və bunu müəyyən bir çərçivəyə salmalıyıq ki, hər hansı bir şəkildə, özbaşına, dövlətin nəzarətindən kənara gedilməsin. Sonra yaradılmış xüsusi təbliğat qrupları var, yas yerlərində, meyxanaçılar arasında və bunların hamısını biz dövlət nəzarətində, hansısa qanuni çərçivədə fəaliyyət göstərməliyik ki, onlar bu qədər tüğyan edə bilməsinlər. Düşünürəm ki, biz təcili bu sessiyada bu məsələlərə baxmalıyıq”, – deyə o, çıxışını yekunlaşdırıb.

Hazırda Fazil Mustafa müalicə olunur. Onun qardaşı İlqar Mustafayev deyib ki, müalicə həkimlərin nəzarətində davam edir: “Artıq reabilitasiya prosesi gedir. Ona sakitlik lazımdır. Şükür ki, həyati təhlükəsi yoxdur. Həkimlərin dediklərinə görə, növbəti əməliyyatlara ehtiyac olmayacaq”.

Fazil Mustafa xəstəxanadan çıxandan sonra evi xüsusi qorunmaya götürülməldirmi? Cinayət “isti izlər”lə açılacaqmı?

Mahmud Hacıyev

Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, Fazil Mustafanın hədəf seçilməsi təsadüf olmayıb və onun xəstəxanadan çıxandan sonra xüsusi qoruma altına alınması vacibdir: “Fazil Mustafa Azərbaycanda kifayət qədər tanınan, demokratik düşüncəli deputatlardandır, dəyərli şəxsiyyətdir. Onun hədəf seçilməsi də çıxışları, cəmiyyətdə tanınması ilə əlaqədardır. İstənilən terror olayının hədəfi seçilərkən əsas məqsəd daha çox insanı təşviş keçirməyə, qorxuya salmağa, xof yaratmağa məcbur etməkdir. Nəticə etibarı ilə vətəndaşların dövlətə qarşı inamını sarsıtmaq, hər kəsin həyatının təhlükə altında olduğu kütləyə aşılamaqdır. Bu baxımdan, cəmiyyətdə tanınan Fazil Mustafaya qarşı törədilən terrorun cəmiyyətdə xof yaratmağa hesablandığı mübahisəsizdir. Fazil Mustafa siyasi fəaliyyəti ilə diqqət çəkən dəyərli deputatlardandır. O, Azərbaycan dövlətini sevən deputatlardandır. Ona güllə atılmasına da bu baxımdan yanaşmaq lazımdır”.

Sabiq polis rəisi cinayətin “isti izlər”lə açılması ilə bağlı suala belə cavab verib: “Hazırda əməliyyat-axtarış işləri davam edir. Hadisənin baş verdiyi coğrafi şərait cinayətin açılmasında müəyyən rol oynayır. Hadisənin ”isti izlər”lə açılamasına gəlincə, bu söz sovetdən qalmadır. Cinayətin “isti” və “soyuğu” olmur. Əməliyyat-axtarış işi isti və soyuq izlərə baxmır. İş var üstü tez açılır, iş də var, üstünün açılması üçün müəyyən müddət tələb olunur. Ziya Bünyadovun qətl işini götürək. Əməliyyat-axtarış, istintaq işləri 3 il davam etdi. Sonda cinayəti birbaşa icra etmiş şəxs və ona sürücülük edən tutuldu. Yəni cinayət törədilibsə, üstünün açılması üçün fasiləsiz iş aparılır. Əlbəttə ki, əməliyyat-axtarış işləri açıq müstəvidə aparılmır ki, hər kəs bunu görsün. Tam məxfi şəkildə iş gedir. Nəticə də gec-tez olacaq”.

Sabiq polisin sözlərinə görə, deputata qarşı düzənlənən terrorla son zamanlar baş vermis cinayətlərin müqayisəsi aparılır: “Bravo”da, sirk binası yaxınlığında baş vermiş cinayətlərin tez bir zamanda açılması coğrafi şəraitlə bağlıdır. Hər iki hadisə çoxsaylı kameraların əhatə dairəsində baş verib. Bu baxımdan tez bir zamanda açılması təmin olunub. Fazil Mustafaya qarşı törədilən terror aktı isə coğrafi şərait baxımından bir qədər qəliz məkanda gerçəkləşib. Şəhər kənarıdır, bir qədər dalda yerdədir. Cinayətin icraçılarını bu baxımdan qısa müddət ərzində tutmaq bir qədər ləngiyir. İcraçının əlinə avtomat verib o əraziyə göndərənlər coğrafi şəraiti də nəzərə alıblar. Buna baxmayaraq cinayətkarların harada olmalarından asılı olmayaraq müəyyən ediləcəyinə əminəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fazil #Mustafa #cinayəti #isti #izlərlə #açılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu