fbpx

“Fazil Mustafa qızının gözü önündə vurulub”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri deputat Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törədən şəxs hasarın arxasından deputatın avtomobilə atəş açmağa başlayıb:

Maşına ciddi zərər dəyib. Cinayətkarın avtomobilə atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fazil #Mustafa #qızının #gözü #önündə #vurulub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin