FED-in faiz dərəcəsini kəskin artıracağı ehtimalı yüksəlib
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən ilin dekabrında ABŞ-da istehlak qiymətlərinin illik müqayisədə 7% artaraq 40 illik maksimuma çatması və ötən gün federal fondlar üzrə fyuçerslərin artan dərəcəsi, Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini gələn ayın iclasında birdən-birə 50 baza bəndi (0,5 faiz bəndi) qaldırması ehtimalını yüksəldib.
Metbuat.az xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən gün sözügedən fyuçerslər federal kredit vəsaitləri üzrə faiz dərəcəsinin martda 50 baza bəndi artıracağı ehtimalının 62% olduğunu göstərib. Fevralın 9-da bu ehtimal 30%-ə bərabər idi.
Sözügedən ehtimalları şərh edən Sent-Luisdəki FED-in icraçı direktoru Ceyms Bullard “Bloomberg”ə bildirib ki, hazırda “şahinvari” (“hawkish”) mövqeyi dəstəkləyir və ABŞ-ın maliyyə requlyatorunun faiz dərəcəsini mart ayında 50 baza bəndi, 1 iyula qədər 100 baza bəndi (1%) artırılmasının tərəfdarıdır. Lakin C. Bullard əlavə edib ki, buna baxmayaraq, FED-in sədri Cerom Pauel son qərarına arxalanacaq.
Qeyd edək ki, hazırda FED-in federal kredit vəsaitləri üzrə faiz dərəcəsi illik 0-0,25% səviyyəsindədir. “Goldman Sachs Group” transmilli investisiya bankı FED-in faiz dərəcəsini ilin sonuna 1,25-1,5% səviyyəsinə çatdıracağını proqnozlaşdırır.
Xatırladaq ki, dekabrda ABŞ-da ən kəskin illik artım enerji qiymətlərində qeydə alınıb – 29,3%. Ayrı-ayrı enerji mallarına gəldikdə, təbii qazın qiyməti 24,1%, yanacağın qiyməti 41%, benzinin qiyməti isə 49,6% artıb. İnflyasiyanın ən az toxunduğu mallar kateqoriyalarına ərzaq məhsulları (6,3%) və geyim (5,8%) daxildir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.