Ferdi geri qayıtmaq üçün “Fənərbaxça”ya zəng etdi
“Fənərbaxça”dan rekord qiymətə “Brayton”a transfer olan Ferdi Kadıoğlu Türkiyə klubuna zəng edib.
BEY.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu “Fənərbaxça” rəhbərliyindən Samandıraya qayıtmaq üçün icazə istəyib. Məlumata görə, Ferdi Kadıoğlu doğma klubu üçün darıxdığına görə, Samandıraya baş çəkmək istəyib.
Qeyd edək ki, Ferdi Kadıoğlu 30 milyon avro qarşılığında İngiltərənin “Brayton” klubuna transfer olub. Transfer haqqından əlavə futbolçunun uğurlarına əsasən “Brayton” “Fənərbaxça”ya 5 milyon avro ödəyəcək. Həmçinin, “Fənərbaxça” futbolçunun növbəti satışından 10 faiz pay alıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |