FHN əhaliyə müraciət etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyi istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciət edib.
Metbuat.az nazirliyin saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Qızmar yay günlərində əhali xüsusən həftəsonu istirahət məqsədilə küləvi şəkildə təbiət qoynuna üz tutur, meşə və meşəətrafı ərazilərdə, o cümlədən ağaclıq sahələrdə sərinlənməyə üstünlük verir. Bu zaman bəzi insanların yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsizliyi sonda yanğınların baş verməsinə səbəb olur, acı nəticələrə gətirib çıxarır. Havanın hazırda müşahidə olunan yüksək temperaturu isə kiçik bir alovun qısa müddətdə böyük yanğına çevrilmə riskini xeyli artırır.
Qeyd olunanlarla bağlı xüsusilə qarşıdan gələn həftəsonunda insanların şəhər kənarına, meşə və meşəətrafı ərazilərə gözlənilən kütləvi səfərlərini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Nəzərə alınmalıdır ki, təbiət qoynunda istirahət zamanı yanar mayelərlə islanmış materialların, eləcə də şüşə qab və şüşə qırıntılarının, tam söndürülməmiş siqaret kötüyü və kibritin yerə atılması, ətrafın zibillənməsi, meşə sahələrində ocaq yandırılması tamamilə yolverilməz olmaqla açıq ərazilərdə baş verən yanğınların əsas səbəblərindəndir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#FHN #əhaliyə #müraciət #etdi