fbpx

FHN Bakıda baş verən yanğının ilkin səbəblərini açıqladı

BEY.AZ informasiya agentliyi xəbər verir

“Bakıda baş verən yanğınla əlaqədar 09:57-də Xətai rayon Dövlət Yanğın Mühafizə Sisteminə məlumat daxil olub”.

Metbuat.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Xudat Nəbiyev deyib.

X.Nəbiyev bildirib ki, təxminən 3 dəqiqə sonra yanğın mühafizə bölmələri hadisə yerinə çatıb: “Yanğının tədqiqatı zamanı məlum olub ki, 13 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsini açıq alovla yanır. Yanğının söndürülməsi iki istiqamətdə aparılıb. Belə ki, həm daxildən, həm də çöl istiqamətlərdə yanğının söndürülməsində işləri həyata keçirilib. Çöl istiqamətində yanğın avtonərdivan vasitəsilə söndürülüb. Yanğın baş verən yaşayış binasının ətrafı şəxsi minik avtomobilləri ilə tutulub. Odur ki, yanğın avtonərdivanının daha yaxın ərazidə yerləşdirilməsi mümkün olmayıb. Yanğının binanın daxilindən söndürülməsi mümkün olub”.

Qərargah rəisi qeyd edib ki, yanğın zamanı 15 bina sakini təxliyyə edilib, 4 nəfər xilas edilib: “Xilas edilənlərdən ikisi azyaşlı olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinin ilkin səbəbi elektrik naqillərində baş verən nasazlıq olub”.

FHN rəsmisi əhaliyə müraciət edərək bildirib ki, şəxsi minik avtomobillərini yaşayış binasının həyətyani sahəsindən bir qədər kənar saxlasınlar: “Belə hallar hər bir insanın başına gələ bilər. Belə hallarla biz tez-tez rastlaşırıq. Əsasən də gecə vaxtlarında yanğın zamanı yaşayış binalarının ətrafına yaxınlaşmaq mümkün olmur”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin