FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə gecə təlimi keçirilib.
BEY.AZ xəbər verir ki, təlim FHN-in Aran Regional Mərkəzinin hazırlıq planına, eləcə də Mərkəzlə Yevlax rayon Polis Şöbəsi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsi arasında təsdiq olunmuş Qarşılıqlı Fəaliyyət Planına uyğun olaraq keçirilib. Təlimdə göstərilən qurumların müvafiq qüvvə və vasitələri iştirak edib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, qəzaya uğramış avtomobildə zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyət, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə “qəza etmiş avtomobildə sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri“ təxliyə edərək “aidiyyəti üzrə təhvil veriblər”.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |