fbpx

FHN-in idmançısı Avropa çempionu olub

BEY.AZ informasiya agentliyi xəbər verir


28-30 oktyabr 2022-ci il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Dünya Cüdo Federasiyasının təşkilatçılığı ilə 23 yaşa qədər kişilər və qadınlar arasında cüdo üzrə Avropa çempionatı keçirilib.

Metbuat.az xəbər verir ki, turnirdə 40 ölkənin 300-dən çox idmançısı öz qüvvəsini sınayıb.

Çempionatda 14 idmançı ilə təmsil olunan cüdo üzrə Azərbaycan milli yığma komandası yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, cüdo üzrə Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub.

3 noyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı və onun məşqçi müəllimləri Elçin İsmayılov və Arzu Axundov ilə görüşüb, idmançını əldə etdiyi nailiyyətə görə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin