FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti təlim keçirib
BEY.AZ informasiya agentliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti Lənkəran şəhəri, Göyşaban kəndinin ərazisində “Fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib.
Metbuat.az xəbər verir ki, təlimdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti ilə yanaşı, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri də iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlararası qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılması, şəxsi heyətin fövqəladə hallarla mübarizə üzrə vərdişlərinin yüksəldilməsi olub.
Təlim 3 mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və yanğın-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.