fbpx

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMNDA) müfəttişləri tərəfindən Şəmkir rayonunun “Ağ dağlar” deyilən ərazisində yol kənarında yerləşən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı maye və qazdoldurma məntəqəsində insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, məntəqədə istismar olunan tutumların müddətinin bitiməsi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazların və qoruyucu qurğuların yoxlanılmadığı müəyyənləşdirilib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığnı nəzərə alınaraq maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Rüya tabirlerini burdan oku

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Tərtib olunmuş Akt pozuntuların aradan qaldırılması üçün sahibkara təqdim edilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu