FHN Novruz bayramı ilə bağlı əhaliyə müraciət edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı əhaliyə müraciət edib.
Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:
“Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.
Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmalıdır.
Həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
– bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
– tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.