FHN və Bakı Limanı birgə təlim keçirib
BEY.AZ informasiya agentliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib.
Metbuat.az xəbər verir ki, FHN Xüsusi Riskli Xilasetmə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı“ QSC-nin birgə məlumatında bildirilib ki, əsas məqsədi fövqəladə halların təsirini minimuma endirərək, fəsadlarının operativ formada aradan qaldırılması və Liman əməkdaşlarının bu istiqamətdə təcrübəsinin, peşəkarlığının artırılması olan təlimdə bir neçə ssenari üzrə fəaliyyət planı icra edilib.
Təlim çərçivəsində Liman əməkdaşları tərəfindən aşkarlanan “şübhəli çanta” barədə məlumat verilib və “partlayıcı qurğu” müəyyən edilərək “zərərsizləşdirilib”. Eyni zamanda uçqun altında qalmış “zərərçəkmişlərin” kinoloji axtarış qrupu tərəfindən aşkar edilərək xilas edilməsi, hündür ərazidə və kranda köməksiz vəziyyətdə qalmış şərti zərərçəkmişlərin xüsusi üsulların tətbiqi ilə təxliyə edilməsi, gəmidə baş vermiş şərti fövqəladə hal səbəbi ilə suya düşən və “batmaq təhlükəsi” ilə üzləşən şəxslərin xilas edilməsi, eyni zamanda “kimyəvi zəhərlənmiş ərazidə sanitar-təmizləmə əməliyyatlarının” icrası tapşırıqları həyata keçirilib.
Təlim zamanı liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı, birgə işləmək bacarığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.
Sonda xilasetmə əməliyyatlarında istifadə edilən alət və avadanlıqlar barədə Liman əməkdaşlarına geniş məlumat verilib və fövqəladə hallar zamanı birgə işin daha peşəkar səviyyədə qurulması üçün müzakirələr aparılıb. Belə təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.