fbpx

FIDE Qran-prisi: Məmmədyarovun rəqibləri müəyyənləşib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Serbiyanın paytaxtı Belqradda fevralın 28-də start götürəcək şahmat üzrə FIDE Qran-prisinin II mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi D qrupuna düşüb.

Hazırda 2767 xala malik 37 yaşlı qrossmeyster qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri fransalı Maksim Vaşye-Laqrav (2761), çinli Yu Yanqyi (2713) və rusiyalı Aleksandr Predke olacaq.

Rüya tabirlerini burdan oku

A qrupu:

Aleksandr Qrişuk (Rusiya), 2764
Dmitri Andreykin (Rusiya), 2724
Sem Şenklend (ABŞ), 2708
Etyen Bakro (Fransa), 2642

B qrupu:

Aniş Giri (Niderland), 2772
Nikita Vityuqov, (Rusiya), 2726
Pentala Harikrişna (Hindistan), 2719
Amin Tabatabayi (İran), 2623

C qrupu:

Rixard Rapport (Macarıstan), 2763
Vidit Qucrati (Hindistan), 2727
Vladimir Fedoseyev (Rusiya), 2704
Aleksey Şirov (İspaniya), 2704

D qrupu:

Şəhhriyar Məmmədyarov (AZƏRBAYCAN), 2767
Maksim Vaşye-Laqrav (Fransa), 2761
Yu Yanqyi (Çin), 2713
Aleksandr Predke (Rusiya), 2682

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu