FIFA-dan Rusiya millisinə qarşı gözlənilməz SANKSİYA: Adı da dəyişdirilir
BEY.AZ informasiya agentliyi xəbər verir
FİFA Rusiyaya qarşı sanksiyalar elan edib.
Metbuat.az xəbər verir ki, FİFA təcili iclasından sonra Rusiya ilə bağlı qərarları açıqlayıb. Qərara əsasən, Rusiya Milli Komandasının adı “Rusiya Futbol İttifaqı” olaraq dəyişdiriləcək və o rəsmi adından istifadə edə bilməyəcək. Bu komanda Rusiyadakı oyunlarını keçirə bilməyəcək. FIFA-nın verdiyi qərarlar:
– Rusiya ərazisində heç bir beynəlxalq oyun oynanılmayacaq.
– Rusiyanın bitərəf ölkədə oynacağı oyunlar azərkeşsiz keçiriləcək.
– Rusiya milli komandası bundan sonra “Rusiya Futbol İttifaqı” adı altında çıxış edəcək
– Rusiya Futbol İttifaqı oyunlarda Rusiya bayrağından və himnindən məhrum olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.