fbpx

FIFA futbolçuların icarə qaydalarında dəyişikliklər etdi

BEY MEDIA İnformasiya agenti xəbər verir


FIFA futbolçuların yeni icarə qaydalarını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, qaydalara edilən dəyişikliklər bu ilin iyulundan qüvvəyə minəcək.

Növbəti mövsümdən etibarən yazılı razılıq vacib icarə şərti sayılacaq. Müqavilə müddəti, maliyyə aspektləri və s. məqamlar nəzərə alınacaq. Minimum icarə müddəti iki transfer pəncərəsi arasındakı interval olacaq. İcarənin maksimal müddəti isə bir il olacaq.

Eyni klublar arasında icarəyə götürülən oyunçuların sayına məhdudiyyət qoyulacaq. Bir klub mövsüm ərzində digərindən üçdən çox oyunçu icarəyə götürə və ya heyətinə qata bilməz.

Həmçinin mövsüm üzrə icarələrin ümumi sayına məhdudiyyət qoyulacaq. Bu qaydaya keçid mərhələli şəkildə həyata keçiriləcək. Yəni 1 iyul 2022-ci ildən 30 iyun 2023-cü ilə qədər istənilən klub maksimum 8 futbolçunu icarəyə götürə biləcək. 1 iyul 2023-cü ildən 30 iyun 2024-cü ilə qədər eyni sistem tətbiq olunacaq, lakin icarədə olan oyunçuların maksimum sayı 7 olacaq. 1 iyul 2024-cü ildən icarəyə verilən oyunçuların maksimum sayı 6 olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin