fbpx

FİFA İsraillə bağlı qərarını növbəti dəfə təxirə saldı



Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası İsrailin beynəlxalq futbol turnirlərdən uzaqlaşdırılması ilə bağlı qərarını növbəti dəfə təxirə salıb.

BEY.AZ xəbər verir ki, FİFA Şurası məsələ ilə bağlı iclas keçirsə də, İsrailə qarşı sanksiya qərarı qəbul etməyib. Məlumata görə, Fələstin Futbol Assosiasiyası İsrailin beynəlxalq futboldan kənarlaşdırılması üçün FİFA-ya müraciət etmişdi.

Məsələnin ötən il fövqəladə şura iclasında müzakirə ediləcəyini deyən FİFA müzakirəni təxirə salmışdı. Ötən gün təşkil edilən iclasda isə İsrailin əleyhinə qərar verilməyib. FİFA, intizam komitəsinə Fələstin Futbol Federasiyasının irəli sürdüyü ayrı-seçkilik cinayəti ilə bağlı İsrailə qarşı araşdırma başlatmağı tapşırdığını açıqlayıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin