fbpx

​FİFA və UEFA Türkiyəyə sərt cəza verəcək?


Türkiyə Superliqasında “Qalatasaray”la “Fənərbaxça” arasında çempionluq yarışı davam edərkən, diqqəti çəkən iddia ortaya atılıb.

BEY.AZ xəbər verir ki, “Fatih Karagümrük” klubunun prezidenti Süleyman Hurmanın sözlərinə görə, Türkiyə Superliqası bu mövsüm FİFA və UEFA tərəfindən qeydiyyata alınmaya bilər. O, FİFA və UEFA-nın Trendyol Super Liqasını yaxından izlədiyini və liqanın bu mövsüm qeydə alınmamaq təhlükəsi ilə üzləşdiyini bildirib. Hurmanın açıqlamalarından sonra Türkiyə Futbol Federasiyasının rəsmi saytından məsələ ilə bağlı açıqlama verilib.

Açıqlamada, “FİFA və UEFA ilə əlaqələrimiz son dərəcə yüksək səviyyədə davam edir. FİFA ilə UEFA və TFF nümayəndə heyətləri arasında qarşılıqlı səfərlər və türk futbolunun inkişafı istiqamətində işlər getdikcə daha çox davam edir. FIFA-nın müdaxiləsi və liqanın qeydiyyatdan keçməməsi kimi manipulyasiya xarakterli yalan bəyanatlara etibar edilməməlidir” deyə bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin