Flora Kərimova uğursuz plastik əməliyyatın qurbanı olub
Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib.
BEY.AZ xəbər verir ki, Real TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib. O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub:
“Bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib”.
F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.