fbpx

“Fransa getsin Nigerdəki səfirinə kömək etsin”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Hazırda Fransa İkinci Dünya Müharibəsindən sonra ötən 70-80 ilin ən zəif, ən gücsüz, bəsirətsiz dövrünü yaşayır. Dünyada gücünün zəiflədiyinin çox yaxşı bilən Fransa nüfuzunu yenidən yüksəltmək üçün müxtəlif bölgələrdə, o cümlədən Cənubi Qafqazda manevrlər edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib. Fransanın Minsk Qrupunun daimi üzvü kimi 28 il ərzində niyyətini gizlətdiyini vurğulayan general bildirdi ki, Ermənistanın təslim olmaq haqqında razılaşması imzalandıqdan sonra Paris bundan fransızlığını nümayiş etdirmək üçün istifadə etməyə başladı:

“Fransanın Qarabağa hümanitar yük göndərməsində məqsəd kömək etmək deyil. Fransa həqiqətən yardım etmək istəyirsə, Nigerdəki səfirinə kömək etsin, Paris küçələrində ac-susuz qalan insanlara kömək etsin. Makron hakimiyyətinin istəyi Təhlükəsizlik Şurasının daimi üzvü kimi çıxış edərək bu regionda problemlər olduğunu, erməniləri Avropanın himayə etdiyi görüntüsünü verməkdir. Amma güdülən bu niyyətin nəticəsi olmayacaq”.

Rüya tabirlerini burdan oku

Yücel Karauz vurğuladı ki, Fransa Azərbaycanın və Türkiyənin hər cür xoş niyyətinə, ikili nankorluq standartı tətbiq edir. Generalın fikrincə, Fransa minlərlə kilometr uzaqlıqda olan Ermənistan-Azərbaycan məsələsinə müdaxilə edənə qədər öz mövcud problemləri, Afrikadakı nüfuzunun itirilməsi ilə məşğul olmalıdır:

“Azərbaycanın siyasi hakimiyyəti, daxili işləri ilə yanaşı Fransa Türkiyənin siyasi gündəmini da qarışdırmaq istəyir. Ötən il məşhur jurnalların birində Türkiyə ilə Yunanıstan arasında başlayan müharibə ssenarisindən, Fransanın bu müharibəyə müdaxiləsindən, bu müdaxilə nəticəsində siyasi gücü itirməsindən danışmağa cəsarət edib, xəyal qurmağa cəsarət etmişdilər. Bu əssasız sayıqlamalardan başqa bir şey deyil. Heç kim Azərbaycanın hüquqlarına, ərazi bütövlüyünə və beynəlxalq işinə xələl gətirə bilməyəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fransa #getsin #Nigerdəki #səfirinə #kömək #etsin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu