Fransa İranı Rusiyaya dəstəyi dayandırmağa çağırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Fransa Prezidenti Emmanuel Makron İran lideri İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Yelisey sarayının nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib. Fransa prezidenti Tehranı Moskvaya dəstəyini dərhal dayandırmağa çağırıb.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fransa #İranı #Rusiyaya #dəstəyi #dayandırmağa #çağırdı